Netanyahu: Biz olmasaydıq, İran artıq nüvə silahına sahib idi
Əgər İsrail bunu dayandırmasaydı, İran 10 il əvvəl nüvə silahı əldə edə bilərdi.
“turaninsesi.az” xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
“İranın nüvə silahı əldə edəcəyinə şübhə yoxdur. Əgər biz onların qarşısını almaq üçün müxtəlif tədbirlər görməsəydik, yəqin ki, 10 il əvvəl orada olardılar. Biz onları yavaşlatdıq, lakin onları tamamilə dayandırmadıq”, – Netanyahu əlavə edib.
“Axios” portalı mənbələrə istinadən yazıb ki, Netanyahu danışıqlar zamanı ABŞ prezidenti Donald Trampı İsrail ordusunu İranın yeraltı dərinlikdəki nüvə obyektlərini məhv edə biləcək silahlarla təmin etməyə razı salmağa cəhd etməyi planlaşdırıb. Belə bir zərbə Tehranın nüvə proqramına dair vəziyyətin diplomatik yolla nizamlanması üzrə danışıqların nəticəsiz qalacağı təqdirdə veriləcək.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI