Netanyahu: “Biz döyüşçülərimizlə hazırıq”

0

“Biz döyüşçülərimizlə hazırıq”.

Turanın səsi ” xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu “X” sosial şəbəkəsindəki hesabında ölkənin Müdafiə Qüvvələrinin əsgərləri ilə çəkilmiş, Qəzza zolağına hücum etməyə hazır olduğunu bildirən videoçarxında yazıb.

Baş nazir həmçinin ölkəsinin sarsıdıcı zərbə vuracağına və Fələstin-İsrail münaqişəsində qalib gələcəyinə əmin olduğunu bildirib.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və “Əl-Əqsa daşqını” əməliyyatının başladığını elan edib. Minlərlə yaraqlı İsrail ərazisini işğal edərək onlarla hərbi texnikanı ələ keçirib, 200-dən çox insanı girov götürüb. Bu fonda İsrailin Baş naziri ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir