Netanyahu: Atəşkəsə hazıram
“Əgər “Hizbullah”ın atəşkəs razılaşmasını kütləvi şəkildə pozması halı varsa, İsrail Müdafiə Qüvvələrinə genişmiqyaslı müharibəyə hazırlaşmaq göstərişi vermişəm”.
“turaninsesi.az” Channel 14-yə istinadla xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu bildirib.
Qəzza zolağındakı vəziyyətə gəlincə, Netanyahu HƏMAS-la müharibədə fasiləyə razılaşacağını bildirib:
“Girovların azad edilməsinə nail olacağımıza əmin olduğumuz zaman cənubda (Qəzza zolağı – red.) atəşkəsə hazıram. Hər an hazıram”.
Baş nazirin fikrincə, HƏMAS-la müqavilə bağlamaq şərtləri xeyli yaxşılaşıb.