Nepalda zəlzələ nəticəsində azı 128 nəfər ölüb-YENİLƏNİB 2

0


Nepalda zəlzələ nəticəsində azı 128 nəfər həlak olub, mindən çox insan yaralanıb.

Turanın səsi ” xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, hazırda fəlakət bölgəsində axtarış-xilasetmə işləri aparılır.

Xatırladaq ki, Hindistan – Nepal sərhədində 6 maqnitudalı zəlzələ olub.

02:33

Nepalda zəlzələ nəticəsində azı 37 nəfər həlak olub.

Turanın səsi ” xəbər verir ki, bu barədə “India Today” telekanalı məlumat yayıb.

Eyni zamanda, “Reuters” agentliyi bildirib ki, təbii fəlakət sonucunda onlarla insan xəsarət alıb.

Xatırladaq ki, Hindistan – Nepal sərhədində 6 maqnitudalı zəlzələ olub.

23:09

Hindistan-Nepal sərhədində 6 maqnitudalı zəlzələ qeydə alınıb.

Turanın səsi ” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Nepalın 9 min nəfərə yaxın əhalisi olan Cumla şəhərindən 36 kilometr Cənub-Şərqdə və təxminən 182 min nəfərin yaşadığı Hindistanın Bəhraiç şəhərindən 166 kilometr Şimal-Şərqdə yerləşib.

“Reuters”in şahidlərə istinadən verdiyi məlumata görə, Hindistanın paytaxtı Yeni Dehlidə də binalar silkələnib.

ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 5,6, Hindistan Seysmoloji Mərkəzi isə 6,4 maqnitudada qiymətləndirib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir