Nazir: Rusiyada PUA qoşunları yaradılacaq

Rusiyada PUA qoşunlarının yaradılması gələn ilin üçüncü rübündə başa çatacaq.

turaninsesi.az” Interfax-a istinadla xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Andrey Belousov bildirib.

“Kosmik sistemlərin döyüş əməliyyatlarının dəstəklənməsində artan rolunu nəzərə alaraq, naviqasiya vasitələrinin inkişafı və kosmosda təhlükələrə qarşı mübarizə üçün elmi-texniki mərkəzlərin yaradılması da zəruridir”, – deyə o qeyd edib.