NATO: “Rusiyanın Ukraynaya qarşı müharibəsi Putinin ciddi strateji səhvi idi”

“Rusiyanın Ukraynaya qarşı müharibəsi Prezident Vladimir Putinin ciddi strateji səhvi idi”.

Turanın səsi ” in xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Vilnüsdə NATO sammiti çərçivəsində keçirdiyi brifinqdə deyib.

O bildirib ki, Rusiya Ukraynanın hərbi qüvvələrini düzgün qiymətləndirmədi: “Putin NATO-nun genişlənməsini istəmirdi. Bu məqsədlə müharibəyə başladı. Amma Finlandiya Alyansa daxil oldu. İsveç də bu yolda irəliləyir. Beləliklə, Putin böyük strateji səhv etdi”.

Baş katibin sözlərinə görə, üzvlük çox tez baş verib: “Tarixdə ilk dəfədir ki, ölkələr bu qədər tez NATO-ya üzv olurlar. Bu, NATO daxilindəki həmrəyliyi göstərir”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir