NATO-nun Baş katibi və Britaniyanın Baş naziri Aİ-nin fövqəladə sammitinə dəvət olunub

NATO-nun baş katibi Mark Rutte və Böyük Britaniyanın Baş naziri Kir Starmer fevralın 3-də hərbi məsələlərlə bağlı Avropa İttifaqının fövqəladə sammitinə dəvət olunublar.

turaninsesi.az” xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının rəhbəri Antonio Koşta bildirib.

“Biz müdafiəyə Aİ-ni daha güclü, dayanıqlı etmək və investisiyaları artırmaq üçün strateji prioritet kimi baxmalıyıq. Ona görə də fevralın əvvəlində NATO-nun baş katibi və Böyük Britaniyanın baş nazirinin dəvət ediləcəyi müdafiəyə həsr olunmuş xüsusi sammiti çağırmaq qərarına gəldim”, – Kosta bildirib.

O vurğulayıb ki, bu sammitdə bütün Aİ ölkələrinin hərbi xərclərinin artırılması və NATO çərçivəsində tərəfdaşlar arasında hərbi sahədə əlaqələr müzakirə olunacaq: “Avropa İttifaqının hərbiləşdirilməsi səyləri Ukraynanı dəstəkləməyə və onu silahla təmin etməyə yönəlməlidir. Bu bizə ədalətli bir sülh qazanmağa imkan verəcək”.