NATO İranın İsrailə hücumunu pisləyib
“NATO İranın İsrailə hücumunu pisləyir və təmkinli olmağa çağırır”.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) alyansın mətbuat katibi Fərəh Daxlallaha istinadən məlumat yayıb.
“Biz İranın bir gecədə eskalasiyasını pisləyir, təmkinli olmağa çağırırıq və hadisələri diqqətlə izləyirik. Yaxın Şərqdəki münaqişənin nəzarətdən çıxmaması son dərəcə vacibdir”, – NATO sözçüsü bildirib.