NATO ilə Aİ arasında birgə əməkdaşlığa dair bəyannamə imzalanıb

Yanvarın 10-da NATO-nun Baş katibi Yens Stoltenberq, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen üçüncü birgə əməkdaşlıq bəyannaməsini imzalayıblar.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Alyansın saytındakı press-relizdə deyilir.
İmzalanma mərasimi NATO-nun Brüsseldəki mənzil-qərargahında reallaşıb.
Qeyd edək ki, 2022-ci ilin sentyabrında Stoltenberq təhlükəsizlik və sabitliyə töhfə verəcək yeni Aİ-NATO bəyannaməsinin imzalanmasının vaxtının çatdığını bildirmişdi. Birgə bəyannamənin 2021-ci ildə imzalanması nəzərdə tutulsa da, sonradan təxirə salınmışdı.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09