NATO-dan Türkiyə açıqlaması: “Müdafiə etməyə hazırıq”
NATO İrandan Türkiyə istiqamətində atılan raketin zərərsizləşdirilməsi barədə açıqlama yayıb.
“turaninsesi.az ”ın xəbərinə görə, Alyansın sözçüsü Allison Hart deyib ki, NATO müdafiə sistemləri Türkiyəyə doğru yönələn raketi havada zərərsizləşdirməyə nail olub.
O vurğulayıb ki, Alyans bu addımla bütün üzv ölkələrin hər cür təhdidə qarşı müdafiə olunmağa hazır olduğunu bir daha nümayiş etdirib.
Qeyd edək ki, bu gün Türkiyənin Milli Müdafiə Nazirliyi (MMN) İrandan atılan ballistik raketin zərərsizləşdirildiyini açıqlayıb.
Arzu Paşaqızı