NATO-dan Rusiyaya qarşı daha bir addım
Finlandiya və Estoniya arasında Baltik dənizindən keçən rabitə qovşağının sıradan çıxmasından sonra NATO qabaqlayıcı addımlar atır. Təşkilat, Baltik dənizində növbətçi gəmilərin artırılacağını açıqlayıb.
“turaninsesi.az” xarici mediaya istinadən xəbər verir ki, NATO sözügedən qovşağın Rusiya tərəfindən sıradan çıxarılmasından şübhələnir. Moskva tərəfi bununla bağlı hansısa təkzib və yaxud təsdiq bəyənatı verməyib.
Baltik və Skandinaviya ölkələri Rusiyanın qərbə mümkün hər hansı hərbi hücumları üçün ilkin təhlükə zonası təşkil edir. Bu səbəbdən NATO rəsmiləri həmin ərazilərin mühafizəsinə xüsusi diqqət yetirir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI