NATO-da işçilərə “TikTok”dan istifadə qadağan edilib
NATO təhlükəsizlik səbəbi ilə işçilərinə “TikTok” sosial şəbəkə tətbiqini iş cihazlarına yükləməyi qadağan edib.
“Turanın səsi ” xəbər verir ki, bu barədə NATO nümayəndələrinə istinadən CNN məlumat yayıb.
“Kibertəhlükəsizlik NATO üçün əsas prioritetdir. NATO-nun rəsmi istifadə üçün proqramların seçilməsi ilə bağlı ciddi tələbləri var. “TikTok” NATO-nun təqdim etdiyi cihazlarda mövcud deyil”, – alyansın yüksək səviyyəli rəsmisi telekanala bildirib.
Qeyd olunub ki, artıq NATO rəhbərliyi səhər saatlarında öz əməkdaşlarına bildiriş göndərib. Məktubla qadağa rəsmiləşib.