NATO baş katibindən Trampa çağırış

NATO Ukraynanı öz sıralarına qəbul etmək vədinə əməl edəcək.
“turaninsesi.az” xəbər verir ki, bunu blokun baş katibi Mark Rutte bildirib.
O qeyd edib ki, iyunun 24-25-də Haaqada keçiriləcək konqresdə qəbul olunacaq kommünikedə Ukrayna ilə bağlı məqamlar öz əksini tapacaq.
NATO baş katibinin sözlərinə görə, hazırda alyans üzvləri Ukraynanın ittifaqa qəbulunun vaxtının gəlib çatmaması məsələsində vahid mövqe formalaşdırmayıb.
Rutte Donald Trampı Ukraynaya qarşı təcavüzü dayandırmaq üçün Vladimir Putinə təsir göstərməyə çağırıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI