NATO artıq Ukraynaya dair danışıqlar fikrini qəbul edir

NATO ölkələri etiraf edirlər ki, Ukraynadakı münaqişəyə son qoymaq üçün danışıqlar tezliklə başlamalıdır.

turaninsesi.az” “Bloomberg”ə istinadla xəbər verir ki, bunu diplomatik mənbələr bildirib.

Onların sözlərinə görə, alyans ölkələri “Ukraynada vəziyyətin qeyri-sabit olduğunu” qəbul etdikləri üçün danışıqların mümkünlüyünü müzakirə etməyə başlayıblar. Mənbələr vurğulayıb ki, NATO danışıqların “tezliklə” başlamalı olduğunu başa düşür.

Tramp seçki kampaniyası zamanı Ukrayna münaqişəsinə son qoymaq niyyətində olduğunu bildirib. Vladimir Zelenski əvvəllər dəfələrlə etiraf edib ki, Tramp Ağ Evə qayıdarsa, Amerikanın Kiyevə dəstəyini dayandırmaq riski var.