Mülki təyyarəni vuran İrana dünya ölkələrindən çağırış

“İsveç, Böyük Britaniya, Kanada və Ukrayna İranı 2020-ci ildə Ukrayna Beynəlxalq Hava Yollarına məxsus PS752 təyyarəsinin vurulmasına görə bütün hüquqi məsuliyyəti öz üzərinə götürməyə çağırır”.

turaninsesi.az”  TASS-a istinadən xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Mariya Malmer Steneqardın hadisənin 5 illiyi ilə bağlı bəyanatında deyilir.

“Beş il əvvəl, 2020-ci il yanvarın 8-də səhər saatlarında Ukrayna Beynəlxalq Hava Yollarına məxsus PS752 reysi Tehran yaxınlığında İranın iki zenit raketi ilə vurulub və nəticədə 17 İsveç, eləcə də Böyük Britaniya, Kanada və Ukraynadan olan 176 nəfər həlak olub. PS752-nin vurulmasına görə şəffaflıq, ədalət və hesabatlılıq mövzusunda İranın hərəkətə keçməsini istəyirik ki, Tehran vurulmuş təyyarəyə görə tam hüquqi məsuliyyəti öz üzərinə götürsün”, – sənəddə bildirilir.

2021-ci ilin iyununda İran Ali Məhkəməsinin rəsmi nümayəndəsi Qulam Hüseyn İsmaili bildirib ki, Tehran həlak olanların ailələrinə 150 ​​min dollar məbləğində təzminat ödəməyi planlaşdırır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI