Müdafiə naziri: Moskva Tehranı dəstəkləməyə davam edəcək
Rusiyanın müdafiə naziri Andrey Belousov İran müdafiə nazirinin strateji planlaşdırma üzrə müavini briqada generalı Rza Təlainik ilə danışıqlar aparıb.
“turaninsesi.az ” Fars-a istinadla xəbər verir ki, görüş Qırğızıstan paytaxtı Bişkek şəhərində baş tutub.
Rusiya müdafiə naziri ölkənin İran münaqişəsinin yalnız diplomatik yolla həllinə tərəfdar olduğunu vurğulayıb:
“Biz İranın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik. Qardaş İran xalqına və onun silahlı qüvvələrinə ölkənin üzləşdiyi bütün təhdidlərin öhdəsindən gəlməkdə dözüm və cəsarət arzulayıram”.
Belousov əlavə edib ki, Moskva vəziyyətin həlli üçün hər cür kömək göstərməyə hazırdır və Tehranı dəstəkləməyə davam edəcək.
Arzu Paşaqızı