Mövlud Çavuşoğlu: “Türkiyə Ukrayna və Rusiya arasında balanslı davranır”
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230405_151038.jpg)
“Ukraynanın xarici işlər naziri Dmitro Kulebanı Türkiyəyə dəvət etmişəm”
“Turanın səsi ” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO XİN başçılarının iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, aprelin 4-də ukraynalı həmkarı ilə ayaqüstü söhbət edib: “Bildiyiniz kimi, rusiyalı həmkarım Sergey Lavrov sabah Türkiyəyə səfər edəcək. Biz həmişə tərəflər arasında balanslı davranırıq. Ona görə Kulebanı da ölkəmizə dəvət etmişəm”.