Mövlud Çavuşoğlu: “Qarabağda Azərbaycan bayrağının dalğalanması Qərbin xoşuna gəlmir”

“Artıq Qarabağda şanlı Azərbaycan bayrağı dalğalanır, amma bu Qərbin xoşuna gəlmir”.

Turanın səsi ” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Lider haber” TV-yə müsahibəsində deyib.

O bildirib ki, Türkiyə istehsalı olan PUA-ların Qarabağdakı fəaliyyətinin pisləməsi də bununla bağlıdır: “Halbuki bizim texnikalarımızın Ukraynada gördüyü işləri tərifləyirdilər”.

M.Çavuşoğlu söyləyib ki, Türkiyə hər bir məsələdə əvvəlcə öz mənfəətlərini nəzərə alır: “Qərbin dedikləri ilə oturub-durmuruq. Rusiya ilə əlaqənin kəsməyin, bu dövlətə sanksiya tətbiq etməyin bizə faydası yoxdur, əksinə ziyanı var”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir