Moskvada yeddi yaşlı qız içində 88 min dollar olan çantanı pəncərədən atdı
Moskvada yeddi yaşlı qız anası ilə mübahisə etdikdən sonra içərisində 88 min dollar olan çantanı mənzilin pəncərəsindən atıb.
“turaninsesi.az ” xəbər verir ki, yeniyetmələr valyutanın olduğu çantanı tapıb, bir hissəsini özləri üçün götürüb, qalanını isə yandırıblar.
“Hadisənin bütün halları aydınlaşdırıldıqdan sonra 83 min dollar qanuni sahibinə qaytarılacaq”, – deyə hüquq-mühafizə orqanlarından agentliyə bildirilib.
Arzu Paşaqızı