Moskvada neft emalı zavoduna dron düşüb
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/130265-drones-news-buyer-s-guide-best-drones-image22-r2dkig0qul-1024x683.jpg)
Rusiyanın paytaxtı Moskvanın Kapotne rayonunda neft emalı zavodunun ərazisinə kvadrokopter düşüb, ondan bir qədər aralıda bibər qazı tapılıb.
“Turanın səsi ” xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
“Bir gün əvvəl Kapotnedəki Moskva Neft Emalı Zavodunun ərazisində hasardan 10 metr aralıda gövdəsində markası və şifrəsi qeyd olunan “Mavic-820677” kvadrokopter aşkar edilib, cihaz videokamera ilə təchiz edilib. Yoxlama zamanı kvadrokopter işlək vəziyyətdə olub”, – agentliyin həmsöhbəti bildirib.