Moskva Budapeşt sammitinə razılıq verdi

“Əgər həqiqətən Alyaskanın yaxşı işlənmiş nəticələrinə əsaslanarsa, Moskva Budapeştdə ikinci Rusiya-Amerika sammitini keçirməyə hazırdır”.

turaninsesi.az ” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İtaliyanın “Corrierre della Sera” qəzetinə dərc olunmamış müsahibəsində bildirib.

Lavrovun sözlərinə görə, ABŞ və Rusiya prezidentləri arasında söhbət Ankoric anlaşmaları çərçivəsində baş tutub və onun dövlət katibi Marko Rubio ilə sonrakı telefon danışığı işgüzar və faydalı olub.

Anonim diplomatik mənbə daha əvvəl hadisələrin eyni versiyasını “Kommersant”a çatdırmışdı. Britaniyanın “Financial Times” qəzeti Budapeşt sammitinin Moskvanın “qeyri-real tələbləri” ehtiva edən memorandumuna görə ləğv edildiyini yazıb.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Lavrovun müsahibəsi “Corrierre della Sera”da dərc olunmayıb, çünki nəşr onu “tam şəkildə, kəsilmədən və senzurasız” dərc etməkdən imtina edib. Mətn Rusiya XİN-in saytında yerləşdirilib.

Arzu Paşaqızı