Mirzoyan və Fidan telefonla danışdı – Hansı məsələlər müzakirə olunub?
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.
“turaninsesi.az ” Ermənistan mediasına istinadən xəbər verir ki, danışıq zamanı tərəflər Yaxın Şərqdə baş verən son hadisələri və bölgədə artan gərginliyi müzakirə ediblər.
Nazirlər regiondakı eskalasiyanın narahatlıq doğurduğunu bildiriblər.
A.Mirzoyan və H.Fidan həmçinin Yaxın Şərqdə sabitliyin və təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayıb və vəziyyətin diqqətlə izlənildiyini qeyd ediblər.
Arzu Paşaqızı