Millət vəkili: İstənilən təcavüzkarın ayağını qıracayıq

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi ABŞ-nin təhdidlərinə cavab olaraq, iranlıların İslam Respublikası ərazisini işğal edən hər kəsin ayağını qıracağını bildirib.
“turaninsesi.az” IRNA-ya istinadla xəbər verir ki, o, ölkəsinin heç bir müharibənin təşəbbüskarı olmadığını xatırladıb.
“Lakin təcavüzkarlarla qəti və sərt şəkildə mübarizə aparmağı öyrənmişik. Sionist rejim (İsrail – red.) və ABŞ bilməlidirlər ki, saxta bəhanə ilə milli təhlükəsizliyimizə zərrə qədər də ziyan vurmağa çalışsalar, artıq dünyanın heç bir yerində özlərini təhlükəsiz hiss etməyəcəklər”.
Əzizinin sözlərinə görə, ABŞ və ya İsraillə əməkdaşlıq edən istənilən dövlət hədəf sayılacaq.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI