Meksikada güclü zəlzələ oldu
Mərkəzi Meksikada 6,2 maqnitudalı zəlzələ olub.
“turaninsesi.az” xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumatına görə, təbii fəlakətin episentri təxminən 137 min əhalisi olan Kolima şəhərindən 88 kilometr cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 86 kilometr dərinlikdə qeydə alınıb.
Dağıntılar və tələfat barədə məlumat daxil olmayıb.