Malatyada ardıcıl iki zəlzələ oldu
Türkiyənin Malatya vilayətinin Yeşilyurt rayonunda ard-arda iki zəlzələ qeydə alınıb.
“Turanın səsi ” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, ilk zəlzələ 4,8, ikinci dəfə isə 4,5 bal gücündə qeydə alınıb.
Hələlik dağıntı və insan tələfatı barədə məlumat verilmir.