Makron yenidən prezidentliyə namizəd olmaq niyyətində deyil
![](https://turaninsesi.az/wp-content/uploads/2023/03/8e2cee892f373debdfb1ebe9842c7a47-1.jpg)
Fransa prezidenti Emmanuel Makron ölkənin pensiya sistemində islahatların fonunda bildirib ki, o, yenidən prezidentliyə namizəd olmağı planlaşdırmadığı üçün seçkilərdəki reytinqini ölkənin maraqları naminə qurban verməyə hazırdır.
“Turanın səsi ” xəbər verir ki, o bu barədə “TF1” və “France 2” telekanallarına müsahibəsində deyib.
“Mən yenidən seçilmək fikrində deyiləm, konstitusiyaya görə bunu edə bilmərəm. Ani ictimai rəy sorğuları ilə ölkənin maraqları arasında mən ikincini seçəcəyəm. Qeyri-populyarlıqla üzləşməli olsam, buna hazıram”.
Dövlət başçısı etiraf edib ki, “qanuni qəzəbi söndürməyə çalışmaq” onun öhdəliyindədir, lakin qəzəbin zorakılığa çevrilməməli olduğunu vurğulayıb və bunu qəbuledilməz adlandırıb.