Makron Yelisey sarayında ölkədəki etirazlarla bağlı toplantı keçirir

Fransa Prezidenti Emmanuel Makron ölkədəki etirazlarla bağlı Yelisey sarayında toplantı keçirir.

Turanın səsi ”  xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.

İclasda baş nazir Elizabet Born, daxili işlər naziri Cerald Darmanin və ədliyyə naziri Erik Düpon-Moretti iştirak edir.

Fransada etirazlar iyunun 27-də axşam saatlarında Paris ətrafında 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra başlayıb. Nanterdə başlayan aksiyalara bir gün sonra Lill və Tuluza sakinləri də qoşulub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir