Makron: “Ukraynadakı münaqişənin həlli üçün danışıqlar hələ də mümkündür”
Ukrayna böhranının həlli üçün danışıqlar hələ də mümkündür və sülh müqaviləsi münaqişənin hər iki tərəfinə uyğun olmalıdır.
“Turanın səsi ” xəbər verir ki, bu fikirləri Fransa Prezidenti Emmanuel Makron ABC telekanalına müsahibəsində bildirib.
“Danışıqlar masasına qayıdıb nəyisə razılaşdırmaq mümkündürmü? Məncə, bu, hələ də mümkündür”, – o deyib.
“Yaxşı sülh başqaları tərəfindən Ukraynaya veriləcək sülh deyil. Yaxşı sülh orta və uzunmüddətli perspektivdə tərəflərdən birinin imtina edəcəyi sülh deyil”, – E.Makron əlavə edib.
Qeyd edək ki, Fransanın dövlət başçısı bu gündən ABŞ-da dövlət səfərindədir.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09