Makron Trampın qayıdışı fonunda Avropanı “oyanmağa” çağırıb

Fransa lideri Emmanuel Makron ölkə hərbçiləri qarşısında çıxışında Avropanı “oyanmağa” və ABŞ Prezidenti Donald Trampın hakimiyyətə qayıtması ilə əlaqədar müdafiəyə daha çox pul xərcləməyə çağırıb.

Bu barədə “turaninsesi.az”  “Le Monde”yə istinadən xəbər verir.

“Amerikalı müttəfiqimiz döyüş gəmilərini Aralıq dənizindən çıxarsa, sabah Avropada nə edəcəyik?”, – o soruşub. Makron iddia edib ki, Rusiya-Ukrayna müharibəsi “sabah və ya ertəsi gün” bitməyəcək. “Gəlin özümüzü aldatmayaq”, – o deyib.

Fransa Prezidenti Avropanı öz müdafiəsi üçün daha çox məsuliyyət götürməyə çağırıb. “Avropalılar olmadan Avropada sülh və təhlükəsizlik ola bilməz”, – Fransa rəhbəri deyib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI