Makron Paşinyanla nəyi müzakirə edib?

0

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronla görüşdə müzakirə olunan məsələləri açıqlayıb.

Turanın səsi ” “Armenpress”ə istinadla xəbər verir ki, erməni nazir bu barədə özünün “X” hesabında paylaşım edib.

Paşinyan Makronla söhbətini “gözəl” adlandırıb.

“Biz müstəsna dostluq münasibətlərinin dərinləşdirilməsi və Ermənistan-Fransa ikitərəfli gündəliyinin gücləndirilməsi, Aİ ilə əməkdaşlığı, eləcə də Cənubi Qafqazdakı vəziyyətlə bağlı məsələləri müzakirə etdik”, – Ermənistanın Baş naziri bildirib.

Qeyd edək ki, noyabrın 9-da iki ölkə liderinin görüşü baş tutub. Noyabrın 10-da isə Nikol Paşinyan VI Paris Sülh Konfransının açılış mərasimində iştirak edib. Onun daha sonra panel müzakirəsinə qatılacağı bildirilib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir