Makron parlamenti buraxıb növbədənkənar seçki təyin etdi
Fransa Prezidenti Emmanuel Makron Milli Assambleyanın (Fransa parlamentinin aşağı palatası) buraxılması və növbədənkənar seçkinin keçirilməsi barədə qərar qəbul edib.
“Turanın səsi ” xəbər verir ki, prezident bu barədə televiziya ilə fransızlara müraciətində deyib.
Makron növbədənkənar parlament seçkisi təyin etdiyini açıqlayıb.
“Birinci tur iyunun 30-da, ikinci tur isə iyulun 7-də olacaq”, – prezident qeyd edib.