Makron: “Fransada ərzaq qiymətləri ilə bağlı vəziyyət yayın sonuna qədər çətin olacaq”
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/8e2cee892f373debdfb1ebe9842c7a47-3.jpg)
“Fransada ərzaq qiymətlərindəki artım yazın sonuna qədər davam edəcək”.
“turanın səsi ” xəbər verir ki, bunu “Le Parisien” qəzetinə müsahibəsində Fransa prezidenti Emmanuel Makron deyib.
“Açığını deyim: ərzaq qiymətləri ilə bağlı vəziyyət yayın sonuna qədər çətin olacaq. Əsas qərar əmək haqqının artmasıdır”, – deyə o qeyd edib.
Fransa lideri qeyd edib ki, əmək haqqının indeksləşdirilməsi işəgötürənlərin əsas rol oynamalı olduğu dialoqun mövzusuna çevrilməlidir.
“France Info” radiostansiyasının məlumatına görə, ərzaq qiymətləri fevralda 14,8% olduğu halda, mart ayında illik müqayisədə 15,9% artıb.