Məsud Pezeşkian İranın 9-cu prezidenti seçildi
Məsud Pezeşkian rəsmi olaraq İranın 9-cu seçilmiş prezidenti olub.
“Turanın səsi ” xəbər verir ki, Seçki Qərargahının məlumatına əsasən, idiyədək 30,530,157 bülleten hesablanıb.
Pezeşkian 16.384.403, Cəlili: 13.538.179 səs qazanıb.
Seçkilərdə iştirak səviyyəsi 49,8 faiz olub
İranın 9-cu prezidenti ürək cərrahiyyəsi üzrə mütəxəssisdir. O, Məhəmməd Xatəmi hökumətində səhiyyə naziri olub. Bundan başqa 5 çağırış Təbriz, Azərşəhr və Oskü icmasının parlamentdə nümayəndəsi olub. Pezeşkian 10-cu çağırış parlamentdə sədr müavini vəzifəsini tutub.