Lukaşenko yenidən PREZİDENT SEÇİLDİ
Belarus Gənclər Təşkilatları Komitəsinin exit-pollunun nəticələrinə görə, Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenko 87,6% səslə prezident seçkilərində qalib gəlib.
“turaninsesi.az” xəbər verir ki, Exit-poll 300-dən çox seçki məntəqəsində, iri şəhərlərdə və kənd yerlərində keçirilib.
Qeyd edək ki, Belarusda seçicilərin 50 %-dən çoxu prezident seçkilərində səs verib, seçkilər baş tutub.