Lukaşenko: “Rusiya çökərsə, KTMT ölkələri onun qalıqları altında qalacaq”
Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, KTMT-nin gələcəyi Rusiyanın Ukraynada keçirdiyi “xüsusi əməliyyat”ın uğurundan asılıdır.
“Turanın səsi ” BelTA-ya istinadən xəbər verir ki, bu barədə Belarusun dövlət başçısı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində danışıb.
Belarus lideri bildirib ki, son vaxtlar mətbuatda KTMT-nin həyat və aqibətinin Rusiyanın Ukraynada keçirdiyi “xüsusi əməliyyat”ın nəticəsindən asılı olduğu tezisləri inkişaf edir: “Rusiya qalib gəlsə, KTMT yaşayacaq. Allah eləməsin, qalib gəlməsə, KTMT mövcud olmayacaq”.
O qeyd edib ki, bu məsələdə Təşkilat vahid fikrə gəlib: “Əgər Rusiya çökərsə, o zaman bizim yerimiz onun qalıqları altında olacaq”.