Liviyada fövqəladə vəziyyət elan edilib

Liviyanın Milli Birlik Hökuməti güclü yağış ehtimalına görə ölkənin qərb, şimal və cənubunda fövqəladə vəziyyət elan edib.

turaninsesi.az” xəbər verir ki, Liviya Milli Birlik Hökumətindən verilən açıqlamada, Milli Meteorologiya Agentliyinin hava proqnozu hesabatlarında dekabrın 16 və 17-də ölkənin qərb, şimal və cənubunda mülayim və leysan xarakterli yağış yağacağı bildirilib.

Açıqlamada qeyd olunub ki, əlverişsiz hava şəraiti ilə əlaqədar bu rayonlarda fövqəladə vəziyyət elan edilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI