“Livana qarşı əməliyyatı dayandır!” – Trampdan Netanyahuya zəng
“Tehran bildirir ki, atəşkəsə görə, İsrail Livana qarşı hərbi əməliyyatı dayandırmalı, Tel-Əviv isə ABŞ-la İran arasındakı atəşkəsin Livan əməliyyatına dəxli olmadığını vurğulayır. İsrail hökuməti zamanla yarışır, baş nazir Benyamin Netanyahu bilir ki, ABŞ Prezidenti Donald Tramp ona zəng edib, “Livana qarşı əməliyyatı dayandır” deyə bilər və bu halda Netanyahu əməliyyatı dayandırmaq məcburiyyətində qalacaq”.
“turaninsesi.az ” xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu öz “Facebook” səhifəsində yazıb. Politoloq vurğulayıb ki, İsrail hazırda “Hizbullah”a son və öldürücü zərbələr endirməyə çalışır:
“Netanyahu həmin zəngə qədər “Hizbullah” təşkilatının Livandakı mövqelərinə daha çox zərbə vurmağa çalışır. Ancaq bu əməliyyat sərhədləri xeyli aşıb, Livanda mülki insanlar arasında ölənlərin sayı artıb. İsrail Livanda hərbi əməliyyatı davam etdirdiyinə görə də İran Hörmüz boğazından tankerlərin keçidini yenidən əngəlləyib. Atəşkəs məhz elə bu səbəblərə görə kövrəkdir”.
Arzu Paşaqızı