Livan ordusu ölkənin ən böyük narkotik alverçisini həbs etdi

Livan ordusu xüsusi əməliyyatla ölkənin ən böyük narkotik taciri kimi tanınan Nuh Zaiteri həbs edib.

turaninsesi.az ” xəbər verir ki, bu barədə Livanın “Al Jadeed” televiziyası məlumat yayıb.

Nuh Zaiter Baalbekdə saxlanılıb.

Nuh Zaiter ölkənin ən təhlükəli və nüfuzlu cinayətkarlarından biri kimi tanınır. O, Livanın şərqində yerləşən Bekaa vadisində qeyri-qanuni narkotiklərin istehsalı və ticarəti ilə məşğul olan böyük şəbəkəyə rəhbərlik edir. Zaiter uzun müddət silahlı qruplara nəzarəti və bölgədəki nüfuzu sayəsində həbsdən müvəffəqiyyətlə yayına bilib.

Bəzi KİV-lər onun fəaliyyətinin müxtəlif siyasi qüvvələrlə bağlı olduğunu iddia edirdilər. Livan hərbi məhkəməsi bundan əvvəl Zaiteri narkotik və silah qaçaqmalçılığına, habelə silahlı münaqişələrdə iştiraka görə qiyabi olaraq ömürlük həbs cəzasına məhkum etmişdi. 

Arzu Paşaqızı