Lavrov: Suriyada Rusiya bazalarının mövcudluğu müqavilə ilə tənzimlənir
Suriyada Rusiya hərbi bazalarının yerləşdirilməsi beynəlxalq hüquq normalarına uyğun olaraq bağlanmış mövcud dövlətlərarası müqavilələrlə nəzərdə tutulub.
“turaninsesi.az” RIA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, həmin sazişlərin hər biri bu obyektlərin fəaliyyətinin şərtlərini müəyyən edir və hər iki tərəfin müəyyən öhdəliklərini ehtiva edir.
“Suriya suveren ölkədir və xarici tərəfdaşlarla müqavilələr bağlamaq və onu ləğv etmək hüququna malikdir. Müasir Suriya dövlətinin mövcud olduğu onilliklər ərzində bir çox müqavilələr imzalanıb. Eyni zamanda, onun yeni səlahiyyətli orqanları tərəfindən bu cür aktların inventarlaşdırılması və onlara yenidən baxılması istiqamətində görülən işlərdən xəbərimiz yoxdur. Rusiya tərəfinə bununla bağlı heç bir müraciət daxil olmayıb. Bu məntiqlidir”.
Lavrov bildirib: “Suriyada 2025-ci il martın 1-dək “keçid dövrü” elan edilib və hazırkı hökumət onun siyasətinə məlum konstitusiya və institusional məhdudiyyətlər qoyan müvəqqəti statusa malikdir”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI