Lavrov: İranla müqavilə heç kimə qarşı yönəlməyib
Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkianın Moskvada imzalayacağı hərtərəfli tərəfdaşlıq sazişi heç bir başqa ölkəyə qarşı yönəlməyib
“turaninsesi.az” TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Nazir 2024-cü ildə Rusiya diplomatiyasının yekunlarına dair mətbuat konfransında deyib:
“Bu saziş, KXDR ilə müqaviləmiz kimi, heç bir ölkəyə qarşı yönəlməyib və konstruktiv xarakter daşıyır. O, dünyanın müxtəlif yerlərində Rusiya və İranın imkanlarını, iqtisadiyyatı daha yaxşı inkişaf etdirmək imkanlarını gücləndirməyə, sosial məsələləri həll etmək və etibarlı müdafiə qabiliyyətini təmin etməyə yönəlib”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI