Lavrov İrəvanda Paşinyanla görüşdü

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvana səfəri çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
“turaninsesi.az” xəbər verir ki, bu barədə Rusiya XİN-in “Telegram” kanalı məlumat yayıb.
“Ermənistanın baş naziri Nikol Paşinyan Sergey Lavrovu qəbul edib”, – məlumatda bildirilib.
Məlumat Lavrov və Paşinyanın əl sıxmasını əks etdirən fotoşəkillə müşayiət olunur.