Kuril adalarında güclü zəlzələlər olub

Rusiyanın Kuril adalarında və adayanı Sakin okeanı akvatoriyasında iki güclü zəlzələlər qeydə alınıb.

Turanın səsi ” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin filialından agentliyə bildirilib ki, zəlzələlərdən birincisi yerli vaxtla saat 07:49-da (Bakı vaxtı ilə 00:49) Kuril adalarının şimalında 5,8 maqnitudada olub. Zəlzələnin ocağı Severo-Kurilsk şəhərindən 15 km şərqdə olub. Yeraltı təkanlar 140 km dərinlikdə olub.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, ikinci zəlzələ Kuril adalarının sahilində 6,1 maqnitudada olub. Mərkəzin verilənlərinə görə, zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 308 km uzaqlıqda olub. Yeraltı təkanların ocağı 104 km dərinlikdə olub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir