KTMT İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanmasını gözləyir

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanla Azərbaycan arasında ən qısa zamanda sülh müqaviləsinin imzalanmasını gözləyir.
“turaninsesi.az” TASS- istinadla xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib.
“Qafqazda müəyyən müsbət irəliləyişlər var. Bu, Ermənistan və Azərbaycanın iki ölkə arasında danışıqların başa çatması və dövlətlərarası sənədin mətni üzrə razılaşmaya dair bəyanatıdır” .
2025-ci ildə təşkilata sədrlik edəcək Qırğızıstanın paytaxtı Bişkekdə KTMT PA Şurasının iclası keçirilir.Şuraya Dövlət Dumasının sədri, eyni zamanda KTMT PA-ya rəhbərlik edən Vyaçeslav Volodin sədrlik edir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI