Kremlin səbri daşdı: Rusiya Ermənistandan görün nələr tələb edir…

Ümumiyyətlə, Ermənistanın baş nazirinin soyadının necə olması Rusiyanı maraqlandırmır. Burada vacib olan bir neçə məqam ancaq budur: Ermənistan KTMT, MDB və Aİİ-nin üzvü olaraq qalır, Rusiyanın Ermənistandakı hərbi və sərhəd mövcudluğunu tam olaraq saxlayır. 

Turanın səsi ” xəbər verir ki, bunu rusiyalı politoloq İqor Korotçenko deyib. 

“Eyni zamanda, AB-nin müşahidə missiyasının Ermənistandan tamamilə çıxarılması, ABŞ-ın İrəvandakı səfirliyinin əməkdaşlarının sayının iki dəfə azaldılması vacibdir. Həmçinin İrəvanın Fransa silahlarının alınması ilə bağlı bütün müqavilələri ləğv etməsi, eləcə də FTX-nin sərhəd xidmətinin nəzarətində olan Zəngəzur nəqliyyat dəhlizinin açılması, Ermənistanda rus dilinin tədris olunduğu məktəblərin aktiv inkişafı da bura aiddir. 

Bütün bunlardan həm erməni xalqı, həm də Ermənistan iqtisadiyyatı faydalanacaq”, – o bildirib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir