Kreml İrəvanla münasibətlərə aydınlıq gətirdi

“Münasibətlər kəsilə bilməz, Ermənistan bizim üçün dost ölkədir”.

turaninsesi.az” Interfax-a istinadla xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

O, Rusiya ilə Ermənistan arasında münasibətlərin kəsilmədiyi rəyindədir:

“Münasibətlər kəsilə bilməz, Ermənistan bizim üçün dost ölkədir. Ermənistan suveren ölkədir, ancaq bizi həm ikitərəfli münasibətlər, həm tarixi və mədəni, həm də Avrasiya İqtisadi Birliyi kimi mühüm inteqrasiya birliyində birgə iştirak baxımından çox şey birləşdirir. Ermənistan tərəfinin ikitərəfli münasibətlərimizin perspektivlərinə belə qarşılıqlı münasibəti bizi daha çox qane edir. Biz isə münasibətləri inkişaf etdirməyə hazırıq”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI