Kreml bir milyon rusiyalının ölkədən qaçmasına inanmaqdan imtina edib

Ukraynada müharibə başlayandan sonra Rusiyanı tərk edən rusiyalıların sayı həddən artıq qiymətləndirilir.

turanın səsi ” “Interfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

“Onların sayını şişirtməyə meyilli deyiləm, çünki bəzi absurd rəqəmlər deyənlər var. Bilirəm ki, bu belə deyil”, – sözçü qeyd edib.

Peskov həmçinin hesab edir ki, Rusiya “qanunları pozmayan və düşmən yolunu tutmayan” vətəndaşlarını öz vətənlərinə qaytarmalıdır:

“Hamımız onların bizimlə olmasında maraqlı olmalıyıq … və vətənin onlara digər ölkələrlə müqayisədə daha çox imkanlar verməsi ilə maraqlanmalıyıq”, – o əlavə edib.

Qeyd edək ki, qeyri-rəsmi məlumatlara görə, Prezident Vladimir Putin qismən səfərbərlik elan etdikdən sonra 700 mindən bir milyona qədər insan Rusiyanı tərk edib. İqtisadi İnkişaf Nazirliyinin statistikasına görə, təkcə sentyabr ayında yaşı 15-dən yuxarı olan işçi qüvvəsinin sayı 600 min nəfər azalıb. Alfa-Bankın Makroiqtisadi Təhlil Mərkəzi 2022-ci ilin ilk doqquz ayında gedənlərin sayını 1,1 milyon nəfər olaraq qiymətləndirib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir