Kopırkin: Müşahidə postları Paşinyanın şəxsi xahişi ilə yerləşdirilib

Rusiya sərhədçilərinin Ermənistan və Azərbaycan sərhədində müşahidə postları Baş nazir Nikol Paşinyanın şəxsi xahişi ilə yerləşdirilib.

Turanın səsi ” xəbər verir ki, bunu “24News” portalına müsahibəsində Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib.

O, Ermənistan baş nazirinin 2020-ci ildə vəziyyətin sabitləşməsinə töhfə vermək üçün belə bir xahiş etdiyini vurğulayıb.

Diplomat əlavə edib ki, Ermənistan tərəfi Rusiyanın müşahidə postlarının yerləşdirilməsini hüquqi planda qanuniləşdirməyə cəsarət etməyib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir