Konyada zəlzələ olub
Türkiyənin Konya şəhərinin Kulu rayonunda 4,2 maqnitudalı zəlzələ olub.
“Turanın səsi ” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri 7,86 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 03:14-də qeydə alınıb.