Kobaxidze Paşinyanla görüşdü

Gürcüstan Baş naziri İrakli Kobaxidze erməni həmkarı Nikol Paşinyanla görüşüb.
“turaninsesi.az” xəbər verir ki, bu barədə İ.Kobaxidze X səhifəsində yazıb.
O bildirib ki, Paşinyanla regional və ikitərəfli məsələləri müzakirə edib.
“Əminəm ki, bu görüş Gürcüstanla Ermənistan arasında əməkdaşlığın daha da gücləndirilməsinə imkan verəcək”, – Kobaxidze bildirib.
Qeyd edək ki, Paşinyan Gürcüstanda səfərdədir.
Arzu Paşaqızı