KİV: “Rusiyanın Bryansk vilayətində 2 helikopter və 1 təyyarə qəzaya uğrayıb” – YENİLƏNİB

Rusiyanın Bryansk vilayətində iki helikopterin və bir təyyarənin qəzaya uğradığı bildirilir. 

turanın səsi” BBC-yə istinadən xəbər verir ki, bu barədə teleqramın Rusiya seqmentində məlumat yayılıb.

Bundan başqa, mayın 13-də Rusiyanın “Su-34” qırıcısının qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.

Rusiyanın bəzi təbliğat kanalları helikopterlərin və təyyarənin Qərbdən alınmış uzaqmənzilli sistemlərindən istifadə edilməklə Ukrayna tərəfindən vurulması ilə bağlı iddialar irəli sürür.

Təsdiq olmamış digər məlumatlara görə, təyyarəni və helikopterləri portativ zenit sistemlərinə malik Ukraynanın təxribat qrupları vurub.

16:00

Mayın 13-də Rusiyanın Braynsk vilayətində “Su-34” qırıcısının qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.

Turanın səsi ” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Bildirib ki, pilot və şturman katapultasiya edə bilməyərək həlak olublar. Qəzanın səbəbi araşdırılır.

Qeyd edək ki, mayın 13-də Brayanskda “Mi-8” helikopterinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.

Bəzi mənbələr qırıcı və helikopterin vurulduğuna dair informasiya yayıb. Rusiya rəsmiləri bunu şərh etməyib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir